1 Aralık 2024 Pazar

Valideyn övladı üçün düzgün mütəxəssis seçə bilmir

Mən Fazilə Ağazadə defektoloq-loqoped olaraq uzun müddətdir peşə fəaliyyətimi davam edirəm. Bu illər ərzində bir çox uşaqları və yeniyetmələri müayinə etmişəm. Müayinələri düşünüb təhlil edərkən gəldiyim bir çox nəticə var. Lakin hal-hazırda isə daha çox uşağın zərər görməsinə səbəb olanı sizlərlə paylaşacam.

Valideynlər övladındakı pozuntu və mütəxəssisin peşə vəzifələrini araşdırdığı təqdirdə övladına hansı mütəxəssis lazımdırsa onu seçməkdə çətinlik çəkirlər. Məsələn, 5 yaşlı Həsənin duyu bütünləmə seansına ehtiyacı yoxdur,lakin uzun müddət o seansı alır və yaxud 11 yaşlı Kəmalə loqoped seansına ehtiyacı olmadığı halda valideyn uzun müddət bu seansları almasına razı olur. 

Nəticədə gözəl niyyət ilə edilən iş daha da zərərlə bitmiş olur. 

Bu yerdə "Qaş düzəltdiyi yerdə göz çıxartdı"-deyən ulu babalarımızın ibrətamiz fikrini də xatırlamaq gözəl olardı.


26 Temmuz 2023 Çarşamba

0-6 ay nitq inkişafı, ünsiyyət bacarıqları

    


  • Bu ay aralığının ilk zamanlarında körpə bir səs eşitdiyində o səsə reaksiya verir. Səsin gəldiyi tərəfə baxarlar;
  • Onlarla danışarkən üzünüzə baxarlar;
  • Səsimizi tanıyarlar və tanıdıqları səsi eşitdikdə gülümsəyərlər;
  • Artıq müxtəlif səslər yaratmağa başlayarlar;
  •  Diqqətimizi çəkmək üçün səslər çıxartmağa başlayarlar;
  • Ehtiyaclarına görə fərqli ağlamalardan istifadə edə bilirlər;
  • Musiqi və ritmlər xoşlarına gələr;
  • Oyun oynayarkən zövqlərini oxşayacaq səslər çıxardarlar.

20 Şubat 2023 Pazartesi

Övladımın danışması gecikdi:


  🔻Bu hal son zamanlarda daha geniş yayılmışdır. 


  🔺 Nitq inkişafı prosesində ətraf mühit faktorları çox vacibdir. Sürətli inkişaf  dövründə  uşaqların daha çox qismi  pandemiya dövrünə təsadüf edən uşaqlardır. Buna görə də bu artım proqnozlaşdırılan artım idi.


❓Səbəbi nədir?

❓Nə etmək lazımdır?

❓Ancaq terapiya almalıdır?

❓Evdə nə edə bilərəm?

❓Nitqində sözləri necə artırım?

❓Cümlə qurmursa nə edə bilərəm?

❓Övladım "qarpız" sözünə "darpız" deyir nə edim?

❓Hər kəs deyir "bu uşaq hələ də niyə danışmır?"

❓Qohumlar deyir "atası da belə idi niyə tələsirsən axı?"

❓Qonşular deyir "uşaqda heç nə yoxdu problem niyə axtarırsan?!"



 ❗Hər kəs bir söz deyir!     Bəs mən nə edim?


🫶🏻 Günahlandırmadan və təslim olmadan nə edə biləcəyimizi danışaq 🌸



Nitqin ümumi inkişafdan qalması zamanı nitq sisteminin səs və məna tərəflərinin bütün komponentlərinin formalaşması pozulur. Eşitmənin və intellektin normal olmasına baxmayaraq bu uşaqlarda nitqin gecikməsi söz ehtiyatının azlığı aqrammatizm tələffüz və fonematik inkiçafdan qalma müşahidə edilir. 

İnsanların ünsiyyət üçün istifadə etdikləri və doğuşdan öyrənməyə başladıqları ən mühüm vasitə olan dil və nitq bacarıqları müəyyən yaş aralığına uyğun olaraq inkişaf etməlidir. Bu yaş aralığı; Fiziki vəziyyətə, ailə quruluşuna, mədəniyyətə və mühitə görə dəyişir.

Səbəbləri:

İrsi / Genetik səbəblər: Valideynlərdən köçürülən uşağın genetik kodları səbəb ola bilər.

Patoloji Səbəblər: Nitqin əmələ gəlməsində istifadə olunan artikulyar orqan və strukturların zədələnməsi və ya deformasiyası nəticəsində ağızın motor problemləri, görmə itkisi və ya eşitmə itkisi nəticəsində yarana bilər.

Neyrofizioloji Səbəblər: Dil və nitqlə əlaqəli olan beynin temporal hissəsinin zədələnməsi və ya deformasiyası, beyin dalğalarının səbəb olduğu keçiricilik pozğunluqları, tənəffüs pozğunluqları və yanlış tənəffüs nəzarəti səbəb ola bilər.

Ekoloji səbəblər: Ailənin uşağa kifayət qədər vaxt və diqqət ayırmaması, yol göstərən, məhdudlaşdırıcı və təzyiqçi ailə quruluşu, psixo-sosial məhrumiyyət, evdə iki fərqli dildə danışıq, təhsilin aşağı olması səbəb ola bilər. və iqtisadi həyat standartları və yüksək səviyyəli texnoloji vasitələrdən istifadə.

13 Ekim 2022 Perşembe

Düzgün nəfəs alma

    


Düzgün nəfəs alma nitq üçün çox vacibdir, çünki tənəffüs sistemi nitq sisteminin enerji bazasıdır. Nəfəs alma səsin tələffüzünə, artikulyasiyasına və səsin inkişafına təsir göstərir.


     !  Nəfəs aktı düzgün olmayan uşağın birbaşa nitqini düzəltməyə çalışmaq faydasız olacaq və zaman itkisidir.


     ! Tapşırıqlar sadədən mürəkkəbə doğru tərtib olunur.


      !  Uşaqlarda nəfəs aktını işləyərkən bunu oyun formasında ,əyləncəli şəkildə etmək daha məqsədə uyğundur. Çünki belə olduqda həm uşaq yorulmur ,həm də həvəsli olur.








21 Eylül 2022 Çarşamba

Loqoped kimdir? Hansı hallarda loqopedə müraciət etməliyik?

                 



Doğru və gözəl nitq insanın hərtərəfli inkişafı üçün ən vacib şərtlərdən hesab olunur.
Müxtəlif səbəblərdən meydana çıxan hər hansı bir nitq qüsuru zamanla fəaliyyət,davranış və psixoloji vəziyyətdə geriləmələr formasında özünü göstərir. Nitq qüsurlarının xüsusi təşkil edilmiş təlim vasitəsilə qarşısının alınması və aradan qaldırılması ilə loqopediya elmi məşğul olur və bu sahədə bakalavr və ya magist səviyyəsində ixtisaslaşmış mütəxəssis loqoped adlanır.

Dünyanın müxtəlif ölkələrində fərqli adlarda bilinən bu peşə sahəsi ölkəmizdə loqoped və nitq terapevti olaraq adlandırılır. Çox hallarda defektoloqla loqopedi qarışdırırlar,defektologiya ümumi bir sahədir loqopediya onun bir bölməsidir və gördükləri işdə ortaq nöqtələr olsa da, defektoloqun işi ilə loqopedin işi fərqli olur.Loqopedik işin əsas istiqaməti uşağın nitqinin düzəldilməsinə yönəldilir.

Nitq problemləri müxtəlif olduğu kimi onların korreksiya müddəti də fərqlənir və bu müddəti loqoped diaqnostikadan sonra təyin edir,ümumilikdə ən az 1 ay müddətində məşğələlər aparılmalıdır. Uşaqlarla loqopedik dərslər minimum 2,5-3 yaşlarından başlanılır. Loqopedin məşğul olduğu problemlər siyahısına şifahi və yazılı nitq problemlərindən tutmuş,udma,çeynəmə və nəfəs problemlərinə kimi geniş bir qrupu aid etmək olar.

-Müxtəlif səslərin pozulması və ya olmaması;
- Niqtin sürətinin normadan sürətli və yavaş olması;
- Kəkələmə;
 - Eşitmənin problemləri ilə əlaqədar nitqin inkişaf etməməsi;
- Artikulyasiya aparatında olan problemlərlə əlaqədar nitq pozuntuları;
- Fonematik qavramanının pozulması;
- İflic,insult,travmaya bağlı nitqin qismən və ya tamamilə itirilməsi;
- Udma,çeynəmə,nəfəs alma və digər nitq problemləri zamanı loqopedə müraciət etmək zəruridir.

20 Eylül 2022 Salı

                                                       Autizm və nitq

                                 2012-ci il xəstəliklərin beynəlxalq təsnifatlaşdırılmasına əsasən autizm sindromu "Psixoloji inkişafın ümumi anomaliyası"  kimi qiymətləndirilir.  Autizm sindromu XXI əsrin qlobal psixoloji problemlərindən biri sayılır. 

          Biz bir sıra valideynlərdən eşidirik. Hamiləlik zamanı, yəni prenatal dövrdə və ya doğuş zamanı natal dövrdə hər hansı bir problem aşkar edilmədiyi təqdirdə mənim övladım autizm sindromlu olaraq dünyaya gəlir. Əziz valideynlər autizm sindromunun yaranma səbəbi tam məlum deyil. Lakin bir sıra araşdırmalar aparılır və səbəblər göstərilir. Biz buraya Amerika Birləşmiş ştatlarının Rocestvet universitetində aparılmış genlərdə mutasiya baş verdiyi müəyyən olunan elmi tədqiqatıını, Britaniya alimlərinin testestoron hormonunun qatılığının artması ilə əlaqələndirməsini daha sonra neyrobioloqların araşdırmalarını aid edə bilərik.

       Autizm sindromlu uşaqların nitqində rast gəlinən problemlər:

  1-Tipik olmayan ilk sözlərdən istifadə;

  2- Semantik cəhətdən düzgün olmayan ünsiyyət;

  3- İkinci və ya üçüncü şəxsin dilindən danışıq;

  4- Exolaliya - sözlərin əksolunma halı.

   

        Autizm sindromlu uşaqların 25-30 % -i danışır . Faiz nisbətinin dəyişmə əmsalı erkən müdaxilə və düzgün şəkildə təşkil edilmiş təlimdən asılıdır. Autizm uşaqlarla korreksiya işi mütləqdir ki kompleks şəkildə aparılsın.

      Fərdi tədris planı hazırlanır hər bir uşaq üçün. Və hər bir tədris planına uyğun olaraq çalışan mütəxəssis mütləqdir ki valideynlə birgə çalışsın. 5 yaşından sonra autizm sindromlu uşaqların nitqinə müdaxilə etmək çox çətindir.

 

               Əgər bir valideyn "Nə etmək lazımdır və ya mütəxəssisə müracət etmək lazımdır?"- sualın verirsə müraciət etmə zamanıdır. Nəticədə ən pis ehtimalın qarşısı alınmış olur . Bu da gec qalmaqdan və zaman itirməkdən daha yaxşıdır.



Valideyn övladı üçün düzgün mütəxəssis seçə bilmir

Mən Fazilə Ağazadə defektoloq-loqoped olaraq uzun müddətdir peşə fəaliyyətimi davam edirəm. Bu illər ərzində bir çox uşaqları və yeniyetmələ...