21 Eylül 2022 Çarşamba

Loqoped kimdir? Hansı hallarda loqopedə müraciət etməliyik?

                 



Doğru və gözəl nitq insanın hərtərəfli inkişafı üçün ən vacib şərtlərdən hesab olunur.
Müxtəlif səbəblərdən meydana çıxan hər hansı bir nitq qüsuru zamanla fəaliyyət,davranış və psixoloji vəziyyətdə geriləmələr formasında özünü göstərir. Nitq qüsurlarının xüsusi təşkil edilmiş təlim vasitəsilə qarşısının alınması və aradan qaldırılması ilə loqopediya elmi məşğul olur və bu sahədə bakalavr və ya magist səviyyəsində ixtisaslaşmış mütəxəssis loqoped adlanır.

Dünyanın müxtəlif ölkələrində fərqli adlarda bilinən bu peşə sahəsi ölkəmizdə loqoped və nitq terapevti olaraq adlandırılır. Çox hallarda defektoloqla loqopedi qarışdırırlar,defektologiya ümumi bir sahədir loqopediya onun bir bölməsidir və gördükləri işdə ortaq nöqtələr olsa da, defektoloqun işi ilə loqopedin işi fərqli olur.Loqopedik işin əsas istiqaməti uşağın nitqinin düzəldilməsinə yönəldilir.

Nitq problemləri müxtəlif olduğu kimi onların korreksiya müddəti də fərqlənir və bu müddəti loqoped diaqnostikadan sonra təyin edir,ümumilikdə ən az 1 ay müddətində məşğələlər aparılmalıdır. Uşaqlarla loqopedik dərslər minimum 2,5-3 yaşlarından başlanılır. Loqopedin məşğul olduğu problemlər siyahısına şifahi və yazılı nitq problemlərindən tutmuş,udma,çeynəmə və nəfəs problemlərinə kimi geniş bir qrupu aid etmək olar.

-Müxtəlif səslərin pozulması və ya olmaması;
- Niqtin sürətinin normadan sürətli və yavaş olması;
- Kəkələmə;
 - Eşitmənin problemləri ilə əlaqədar nitqin inkişaf etməməsi;
- Artikulyasiya aparatında olan problemlərlə əlaqədar nitq pozuntuları;
- Fonematik qavramanının pozulması;
- İflic,insult,travmaya bağlı nitqin qismən və ya tamamilə itirilməsi;
- Udma,çeynəmə,nəfəs alma və digər nitq problemləri zamanı loqopedə müraciət etmək zəruridir.

Hiç yorum yok:

Yorum Gönder

Valideyn övladı üçün düzgün mütəxəssis seçə bilmir

Mən Fazilə Ağazadə defektoloq-loqoped olaraq uzun müddətdir peşə fəaliyyətimi davam edirəm. Bu illər ərzində bir çox uşaqları və yeniyetmələ...