21 Eylül 2022 Çarşamba

Loqoped kimdir? Hansı hallarda loqopedə müraciət etməliyik?

                 



Doğru və gözəl nitq insanın hərtərəfli inkişafı üçün ən vacib şərtlərdən hesab olunur.
Müxtəlif səbəblərdən meydana çıxan hər hansı bir nitq qüsuru zamanla fəaliyyət,davranış və psixoloji vəziyyətdə geriləmələr formasında özünü göstərir. Nitq qüsurlarının xüsusi təşkil edilmiş təlim vasitəsilə qarşısının alınması və aradan qaldırılması ilə loqopediya elmi məşğul olur və bu sahədə bakalavr və ya magist səviyyəsində ixtisaslaşmış mütəxəssis loqoped adlanır.

Dünyanın müxtəlif ölkələrində fərqli adlarda bilinən bu peşə sahəsi ölkəmizdə loqoped və nitq terapevti olaraq adlandırılır. Çox hallarda defektoloqla loqopedi qarışdırırlar,defektologiya ümumi bir sahədir loqopediya onun bir bölməsidir və gördükləri işdə ortaq nöqtələr olsa da, defektoloqun işi ilə loqopedin işi fərqli olur.Loqopedik işin əsas istiqaməti uşağın nitqinin düzəldilməsinə yönəldilir.

Nitq problemləri müxtəlif olduğu kimi onların korreksiya müddəti də fərqlənir və bu müddəti loqoped diaqnostikadan sonra təyin edir,ümumilikdə ən az 1 ay müddətində məşğələlər aparılmalıdır. Uşaqlarla loqopedik dərslər minimum 2,5-3 yaşlarından başlanılır. Loqopedin məşğul olduğu problemlər siyahısına şifahi və yazılı nitq problemlərindən tutmuş,udma,çeynəmə və nəfəs problemlərinə kimi geniş bir qrupu aid etmək olar.

-Müxtəlif səslərin pozulması və ya olmaması;
- Niqtin sürətinin normadan sürətli və yavaş olması;
- Kəkələmə;
 - Eşitmənin problemləri ilə əlaqədar nitqin inkişaf etməməsi;
- Artikulyasiya aparatında olan problemlərlə əlaqədar nitq pozuntuları;
- Fonematik qavramanının pozulması;
- İflic,insult,travmaya bağlı nitqin qismən və ya tamamilə itirilməsi;
- Udma,çeynəmə,nəfəs alma və digər nitq problemləri zamanı loqopedə müraciət etmək zəruridir.

20 Eylül 2022 Salı

                                                       Autizm və nitq

                                 2012-ci il xəstəliklərin beynəlxalq təsnifatlaşdırılmasına əsasən autizm sindromu "Psixoloji inkişafın ümumi anomaliyası"  kimi qiymətləndirilir.  Autizm sindromu XXI əsrin qlobal psixoloji problemlərindən biri sayılır. 

          Biz bir sıra valideynlərdən eşidirik. Hamiləlik zamanı, yəni prenatal dövrdə və ya doğuş zamanı natal dövrdə hər hansı bir problem aşkar edilmədiyi təqdirdə mənim övladım autizm sindromlu olaraq dünyaya gəlir. Əziz valideynlər autizm sindromunun yaranma səbəbi tam məlum deyil. Lakin bir sıra araşdırmalar aparılır və səbəblər göstərilir. Biz buraya Amerika Birləşmiş ştatlarının Rocestvet universitetində aparılmış genlərdə mutasiya baş verdiyi müəyyən olunan elmi tədqiqatıını, Britaniya alimlərinin testestoron hormonunun qatılığının artması ilə əlaqələndirməsini daha sonra neyrobioloqların araşdırmalarını aid edə bilərik.

       Autizm sindromlu uşaqların nitqində rast gəlinən problemlər:

  1-Tipik olmayan ilk sözlərdən istifadə;

  2- Semantik cəhətdən düzgün olmayan ünsiyyət;

  3- İkinci və ya üçüncü şəxsin dilindən danışıq;

  4- Exolaliya - sözlərin əksolunma halı.

   

        Autizm sindromlu uşaqların 25-30 % -i danışır . Faiz nisbətinin dəyişmə əmsalı erkən müdaxilə və düzgün şəkildə təşkil edilmiş təlimdən asılıdır. Autizm uşaqlarla korreksiya işi mütləqdir ki kompleks şəkildə aparılsın.

      Fərdi tədris planı hazırlanır hər bir uşaq üçün. Və hər bir tədris planına uyğun olaraq çalışan mütəxəssis mütləqdir ki valideynlə birgə çalışsın. 5 yaşından sonra autizm sindromlu uşaqların nitqinə müdaxilə etmək çox çətindir.

 

               Əgər bir valideyn "Nə etmək lazımdır və ya mütəxəssisə müracət etmək lazımdır?"- sualın verirsə müraciət etmə zamanıdır. Nəticədə ən pis ehtimalın qarşısı alınmış olur . Bu da gec qalmaqdan və zaman itirməkdən daha yaxşıdır.



Valideyn övladı üçün düzgün mütəxəssis seçə bilmir

Mən Fazilə Ağazadə defektoloq-loqoped olaraq uzun müddətdir peşə fəaliyyətimi davam edirəm. Bu illər ərzində bir çox uşaqları və yeniyetmələ...